Nazir iclas zamanı hamını təəcübləndirdi- Siqaret alışdırmaqla

27-01-2020, 10:26           
Nazir iclas zamanı hamını təəcübləndirdi- Siqaret alışdırmaqla
Ötən həftə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kollegiya iclası keçirilib. İclasda çıxış edən nazir Sahil Babayev xüsusi diqqəti ilə içlas iştirakılarını təəcübləndirib.

Dosye.org-a məlumat verən mənbə vurğulayır ki, iclas zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev gözlənilmədən masanın üzərindən siqaret alışdıraraq çəkməyə başlayıb. Məlumat verən mənbənin bildirdiyinə görə, nazirin bu hərəkəti iclasda olan nazirliyin bütün əməkdaşlarına qarşı hörmətsizlik kimi yer alıb. Əslində, yüksək vəzifə sahibi neqativ hallara yol verməməli, eyni zaman da daha da diqqətli olmalıdır. Görünür, S. Babayev siqaret alışdırmaqla bir növ ötən illəri cəmiyyətimizə xatırladır. Təəsüflər olsun ki, baş verən olayları video lentə almaq mümkün olmayıb. Bu istiqamətdə araşdırmalarımız davam edir…












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru