Lerik rayonunda məmur özbaşınalığı davam edir - NARAZILIQ...

4-02-2020, 11:03           
Lerik rayonunda məmur özbaşınalığı davam edir - NARAZILIQ...
Lerik rayonunda məmur özbaşınalığı davam edir
78 saylı Lerik Seçki Dairəsindən deputatlığa namizəd Ramil Hüseynov seçki prosesi ilə bağlı rayonda ciddi qanun pozuntuları barədə məlumat verib.

KONKRET.az xəbər verir ki, İcra Hakimiyyətinin seçkilərə müdaxiləs etməsini sərt tənqid edən deputatlığa namizəd Lerikdəki sosial problemlərdən və məmur özbaşnalığından danışıb.

Rayonda işıq, su və yol problemləri illərdir həll olunmur. Müəyyən şərait mövcud olsa da, elə kəndlər var ki, təbii qazla təchiz edilmir.

Bu problemlər bəzən kəndlərdən şəhərə miqrasiya prosesini sürətləndirir. Rayonda heyvandarlıqla bağlı mövcud proqramlar həyata keçirilməyib. Bölgədə turizmlə bağlı layihələrin icrası qaneedici səviyyədə deyil. Rayon rəhbərliyi, əlaqədar dövlət strukturlarının Lerikdəki nümayəndələri ciddi şəkildə qanunları pozurlar.

Rayon İcra Hakimiyyəti başçsının birinci müavini Cəlil Baxşiyev insanlarla kobud davranır.

Müstəqil jurnalist İlham İbadlı isə bildirib ki, C.Baxşiyev uzun illər rayona daxil olan dövlət vəsaitlərinin mənimsənilməsində şərikik edib. Bu illər ərzində o, şəxsi biznesini gücləndirib, milyonluq istirahət mərkəzlərinə sahib olub.

Görünən odur ki, seçkiöncəsi rayonda baş verənlər mövcud problemləri bir daha qabarıq şəkildə özünü göstərir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru