Malik Həsənov namizədlikdən imtina etdi? - YAP-ın namizədi seçicilərlə son xatirə şəkli çəkdirdi (FOTOFAKT)
5-02-2020, 19:37
Malik Həsənov namizədlikdən imtina etdi? - YAP-ın namizədi seçicilərlə son xatirə şəkli çəkdirdi (FOTOFAKT)YAP-ın 67 saylı Cəlilabad şəhər Seçki Dairəsi üzrə namizədliyi irəli sürülmüş Malik Həsənovun deputatlıqdan çəkilməsi iddiaları ortaya çıxıb.
Kainat.tv bildirir ki, Axın.az-a bu barədə 67 saylı Cəlilabad şəhər Seçki Dairəsindən namizədlərdən biri məlumat verib.
Bildirilib ki, Malik Həsənovun deputatlıqdan geri çəkilməsi səbəbi son anda yuxarılardan gələn göstəriş olub. Namizəd iddia edib ki, M.Həsənov çox ciddi siyasi səhvin qurbanı olub. M,Həsənov son olaraq seçicilərlə xatirə şəkili də çəkdirib.
Mənbə daha sonra Malik Həsənovun biznesinə və illərdir yarıtmaz deputatlıq fəaliyyətinə də toxunub.
O, bildirib ki, " "AZINKO-holdinq”in prezidenti, deputat Malik Həsənovun Dubayda da biznesi var. Çexiyadan Dubaya, Cəlilabaddan Bakıya qədər uzanan biznez imperiyası olan M.Həsənovun növbəti mandat şansı o zaman siyasi situasiyadan və Kərəm Həsənovun vəziyyətindən asılı qalıb. Nə anti-Azərbaycan şəbəkəsi, nə Qarabağ problemi ilə bağlı çıxış edir, nə mətbuata müsahibə verir, nə vətəndaşları narahat edən məsələlərdən danışır, nə də ki, seçiciləri qəbul edib. Bu da cəlilabadlılar arasında çox ciddi narazılıqlar yaradıb..."
Malik Həsənov namizədlikdən imtina etdi? - YAP-ın namizədi seçicilərlə son xatirə şəkli çəkdirdi (FOTOFAKT)Deputatlığa namizədin iddiasına görə, hazırkı namizədlər arasında illərdir seçiciləri qıcıqlandıran, əsəblərini tarıma çəkən, milyonçu mandat iddiaçısı hakimiyyətin daxili və xarici siyasətini bir dəfə də olsun müdafiə etməyib. Eyni zamanda hakimiyyətə loyal münasibəti ilə seçilən Malik Həsənov lal deputat olaraq öz biznesləri ilə məşğul olmağa göndərilməlidir.