Tələbələr böyük bir təxribatın girovları imiş – Ucu FETÖ-yə qədər uzanan ŞOK İDDİALAR
21-03-2020, 20:10

Azərbaycanlı tələbələrin indiyədək İstanbul hava limanında saxlanılmasının şok səbəbləri aydın olur.
Ovqat.com-a tələbə valideynlərindən birinin verdiyi məlumata görə, bu gün İstanbulda sərkərdan qalan vətəndaşlarımızın təxliyəsinə başlanılmasına baxmayaraq, onun və övladının İstanbuldakı Baş Konsulluğa açdığı telefon zənginə cavab verən tapılmır. Nəticədə onlar necə hərəkət edəcəklərini bilmirlər.
Valideynin bildirdiyinə görə, oğlu neçə gündür İstanbul hava limanında gözlədikdən sonra dünən təhsil aldığı şəhərə qayıdıb. Təhlükəsizlik səbəbilə oğlunun və təhsil aldığı şəhərin adını söyləməyən valideyn bildirir ki, oğlu geri qayıtmamışdan əvvəl İstanbuldakı Baş Konsulluğun bir əməkdaşı ilə danışıb. Razılığa gəliblər ki, tələbə vaxtaşırı Baş Konsulluqla əlaqə saxlayacaq və təyyarə hazır olan gün yenidən İstabula qayıdacaq. Bu gün isə mətbu orqanlardan tələbələrin təxliyəsindən xəbər tutublar. Tələbə xəbərin səhihliyini öyrənmək üçün Baş Konsulluğa və Konsulluğun əməkdaşının cib telefonuna nə qədər zəng etsə də, heç birindən cavab ala bilmir.

Valideynin dediyinə görə, oğlunun yaşadığı şəhərə qayıtmasının mühüm bir səbəbi də varmış. Sən demə, tələbə İstanbul hava limanında baş verən hadisələrdən təxribat qoxusu alıb və bu oyunda iştirak etməmək üçün təhsil aldığı şəhərə qayıdıb.
“Baş Konsulluğun əməkdaşları tələbələrə, o cümlədən mənim oğluma neçə gündür ki, təyyarənin olmayacağını təlqin etməyə çalışır, daha sonra isə bir qrup öyrədilmiş adamlar vasitəsilə onlar iş adamı Mübariz Mənsimovun məhkəməsi qarşısında mitinqdə çağırılırmışlar. Oğlum da bu iki hadisə arasında üzvi əlaqədən şübhələnir və geri qayıdır”,-deyən valideynin fikrincə, neçə gündür hava limanında baş verənlər məhz buna xidmət edirmiş.
Maraqlıdır ki, Türkiyədəki Azərbaycan nümayəndəliklərinin həqiqətən də belə bir oyunun içində olduğu barədə başqa dəlillər də var. Dəlillərdən biri Türkiyədəki bütün nümayəndəliklərimizin qeyri-qanuni tətilə çıxması ilə əlaqədardır. Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah bayram günləri də işləməyə qərar vermişdi. Qərarda XİN və xarici ölkələrdəki səfirlik və nümayəndəliklərin də adi iş günü qrafiki ilə işləyəcəyi xüsusi olaraq vurğulanırdı:
“Koronavirus (COVİD-19) xəstəliyinin yayılmasının qarşısının alınması üzrə Azərbaycan hökuməti tərəfindən aparılan profilaktik tədbirlərlə əlaqədar bir sıra strukturlar Novruz bayramındakı qeyri-iş günlərində adi iş rejimində çalışacaq:
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası
Azərbaycan Respubikasının Nazirlər Kabineti
Səhiyyə işçiləri (Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyti, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB), dövlət və özəl səhiyyə müəssisələri)
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ( o cümlədən Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlikləri)”
və s.

XİN sözşüsü Leyla Abdullayevanın mətbuata verdiyi açıqlamaya görə, nazirlik bu qərara uyğun olaraq diplomatik nümayəndəliklərə bayram günlərində də işləmək barədə xüsusi təlimat göndərib. Bütün xarici nümayəndəliklərimiz istisnasız olaraq bu təlimatı yerinə yetiriblər, təkcə Türkiyədəkilərdən başqa. Bunu Ankaradakı səfirliyin rəsmi saytında yayımlanan bir elan da təsdiqləyir. Elanda deyilir:
http://ankara.mfa.gov.az/news/4/3205
Azərbaycan Respublikasının Səfirliyinin və Səfirliyin Konsulluq şöbəsinin qəbulları müvəqqəti olaraq dayandırılmışdır
Çox təcili məsələlərlə bağlı Səfirliyin əlaqə vasitələri:
Telefon: +905372826740
Konsulluq məsələri ilə bağlı e-mail: azconsul.ankara@gmail.com
Digər məsələlər ilə bağlı e-mail: azembassy.turkey@gmail.com
azembassy1@gmail.com
Ankaradakı səfirliyimizin bu elanından sonra Türkiyədəki digər Baş konsulluqlar da eyni qərarı alıblar. Qarsdakı Baş Konsulluğun yayınladığı
