Ülvi Quliyev: "Səbr edək ki, sabahımız dünənimizdən daha yaxşı olsun!" — VİDEO

6-04-2020, 09:44           
Ülvi Quliyev: "Səbr edək ki, sabahımız dünənimizdən daha yaxşı olsun!" — VİDEO
"Səbr edək ki, sabahımız dünənimizdən daha yaxşı olsun!"

Demokrat.az xəbər verir ki, bu fikirləri sosial aksiyaya qoşulan Milli Məclisin deputatı Ülvi Quliyev özünün "facebook" hesabında yazıb.

Millət vəkilinin paylaşdığı videoçarxda bu sözlər deyilir:

"Səbr elə, Azərbaycan! Yenə küçələr, parklar, şəhərimiz canlanacaq. Yenə hər kəs işinin başında olacaq. Bayrağımız başımızın üstündə dalğalanacaq, yenə bütün dünya ölkəmizə toplaşacaq. Çün ki biz Azərbaycanıq. Doğmalarımızla bu günlərdə yan-yana gələ bilməsək də, onlarla eyni səma altında olduğumuzu düşünərək, sayılı günlərə səbr edək. Bütün gözəllikləri sevdiklərimizlə birlikdə yaşamaq, əzizlərimizə qovuşmaq üçün bir müddət daha evlərimizdə qalaq".

#evlərimizdəqalaq
#bizbirlikdəgüclüyük













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru