Jurnalistdən icra başçısına: "Məsləhət verməklə iş bitmir, Neftçalada maska və spirt tapılmır"

6-04-2020, 11:02           
Jurnalistdən icra başçısına: "Məsləhət verməklə iş bitmir, Neftçalada maska və spirt tapılmır"
Jurnalist Anar Əhmədov Neftçala rayonunda tibbi maska və spirt çatışmazlığından şikayətlənib.


A.Əhmədov qeyd edib ki, rayonlarda vəziyyət şəhərdən hər zaman fərqli olub, indiki məqamda şəhərdə durum daha asandır: “Hər tində bir dükan, aptek var. Rayonda isə özünə lazım olan məhsulları almaq üçün 2, bəzən 3 kilometr yol getməli olursan. Əsas mağaza və obyeklər rayonun mərkəzində yerləşir. Çölə çıxanda isə patrullar maska taxmayanlara irad tuturlar. Neftçalada isə 15 gündür apteklərdə maska və spirt tapılmır. Hansı aptekə girirsən “Maska və spirt YOXDUR” tipli yazılara rast gəlirsən. Rayonu gəzib insanlara məsləhətlər verməklə iş bitmir. Hərdən apteklərdən maska və spirtin olub-olmamasını da soruşmaq lazımdır”.


Qeyd: Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovdur. O, Prezident İlham Əliyevin martın 5-də imzaladığı sərəncamla bu vəzifəyə təyin edilib. (pravda.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru