Qarabağ əlilinə kassasiya şikayəti verməyə vəkil ayılmır , Ali Məhkəmənin işə baxmasına mane olunur

6-04-2020, 11:45           
Qarabağ əlilinə kassasiya şikayəti verməyə vəkil ayılmır , Ali Məhkəmənin işə baxmasına mane olunur
Nərimanov rayon məhkəməsinin 06 may 2019 -cu il tarixli qətnaməsi ilə Qarabağ əlili Xaliq Abbaszadənin pensiyasına ortaq olan “Rəvan Sığorta “ ASC şirkətinin yediyini geri qaytarması qət olunub. Məhkəmə 3-cü şəxs Qarabağ əlilinin tələbi üzrə nəinki tərəfləri dinləyib , ümumiyyətlə , heç bir qərar qəbul etməyib . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 229-cu maddəsinə görə, belədə əlavə qətnamə qəbul edilməlidir. Hakim Vüqar Quliyev isə cavabdeh ilə qeyri-prosessual ilişgi sonucunda , nə 3-cü şəxsin ərizəsinə baxıb, nə də şikayəti apellyasiya instansiyasına göndərib. Qarşı tərəfin şikayətini isə müddətin keçməsinə baxmayaraq, yuxarı instansiyaya gizlincə “ötürüb” . Bakı Apellyasiya Məhkəməsinin Elşad Şamayev , Məmməd Məmmədov və Aida Hüseyndən ibarət üçlüyü də yayın cırhacırında gizlincə qarşı tərəfin şikayətini qismən təmin edib ki , “İcra haqqında” qanunun 68.1.2 maddəsi müharibə əlilinin pensiyasından borc adına məbləğ tutulmasına qadağa qoysa da , cavabdeh “Rəvansığorta” şirkətinə ilişgidə tətbiq oluna bilməz. (??) Hətta düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini, yerli məmurların pensiyasının yarısını apardığı iddiaçı Qarabağ əlili Xaliq Abbaszadəyə hədə - qorxu gəlinib ki , kassasiya şikayəti versə , olmayan icra sənədi yaşadığı mənzilə yönəldiləcək . Müstəqil tələb irəli sürən 3-cü şəxs Qarabağ əlili M. Bədəllinin isə yenə də nə özü , nə də təbii ki, tələbi “yada düşüb” . Qarabağ əlillərinin kassasiya şikayəti vermək üçün ərizələrinə də “yarımçıq baxan” Elşad Şamayev və kolleqaları 31 . 10. 2019 tarixli qərardadla iddiaçıya vəkil ayırıblar , (yeri gəlmişkən vəkil şikayəti yazıb və Ali Məhkəməyə göndərib) , amma 3-cü şəxsə vəkil ayrılmasını unudublar. 3-cü şəxs Qarabağ əlilinin çoxsaylı şikayətlərinə cavab olaraq yenidən vəkil ayrılmasına ərizə verməsi tələb olunub , lakin bunun “müddətin keçməsi nədəni” ilə imtina üçün bəhanə olacağını anlayan əlil tələbi rədd edib və hələ də vəkil ayrılması təmin olunmayıb . Əksinə , 3-cü şəxs bir yana, iddiaçı Qarabağ əlilinin də kassasiya hüququ pozulub . Bakı Apellyasiya Məhkəməsindən Elşad Şamayevin katibi olduğunu deyən xanım işin Ali Məhkəmədən geri alındığını , yanlışlığın düzəldiləcəyini və vəkil ayrılacağını 3-cü şəxsə telefonla bildirib və şikayət etməməsini diləyib . İndi 6 aydır 3-cü şəxsə vəkil ayrılmır , bəlkə də ayrılıb, amma Vəkillər Kollegiyası (VK) qərarı icra etməyi “unudub” , vəkilin şikayəti yazmasını təmin etməyib . Ümumiyyətlə, VK-nın vəkil ayrılması haqqında məhkəmə qərarlarını icra etməyi “unutması” qayda halını alıb. Təsəvvür edin, Şəki Apellyasiya Məhkəməsinin 24. 05.2019 tarixli qərardadı 7 aydan sonra icra olunub və Ali Məhkəmə müddətin keçməsi nədəni ilə kassasiya şikayətini mümkün saymayıb . Yəni apellyasiya instansiyasının , VK-nın MPM-ə , qanuna, Konstitusiyaya, elə məhkəməyə hörmətsizliyindən yenə də Qarabağ əlili ziyan çəkərək kassasiya hüququndan məhrum edilib. Şəki Apellyasiya Məhkəməsinin 23.10.2019 tarixli 2 (107)-588 saylı Ağsu RİH və digərlərinə qarşı iddianın mümkün sayılmaması haqqında qərardadından kassasiya şikayəti verməyə də 6 aydır vəkil ayrılması , ayrılan vəkilin şikayəti yazması təmin olunmur.
Nə isə , Şəkini Bakıya qatmayaq . Bakı Apellyasiya Məhkəməsinin Elşad Şamayev, Məmməd Məmmədov və Aida Hüseyndən ibarət üçlüyü “qaş düzəltmək yerinə, vurub gözü də çıxarıblar “ . İş geri alındığından nə Ali Məhkəmənin icraatında olan işə baxılması mümkün olur , nə vəkil ayrılır, nə də iş yenidən Ali Məhkəməyə qaytarılır! (?) İndi bu labirintdən çıx görüm , necə çıxırsan ? ! Hələ də məhkəmələr , Ədliyyə Nazirliyi , ƏƏSMN yanında DSMF ilə qeyri-prosessual ilişgi sonucunda Qarabağ əlilinin pensiyasını dələduz “Rəvan Sığorta “ şirkəti “şərəflə” yeyir. Hələ üstəlik Yasamal məhkəməsinə (hakim Ramin Qurbanov) bu “şərəfli” yemə xor baxan Qarabağ əlillərinin xüsusi ittiham qaydasında cinayət işinə uğradılması sifarişi də verilib ! (?
Burdaca nöqtə qoymaq çağıdır , nədən bu ayrıca qonudur.
Məğrur Bədəlsoy
Teref.az olaraq qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru