“Twitter”in banisi koronavirusla mübarizəyə qoşuldu

8-04-2020, 04:00           
“Twitter”in banisi koronavirusla mübarizəyə qoşuldu
“Twitter”in banisi Cek Dorsi COVID-19-la mübarizəyə 1 milyard ABŞ dolları ianə edib.

“Report” xəbər verir ki, bu barədə o özü sosial şəbəkədəki səhifəsində yazıb.

"Mən COVID-19-a qarşı qlobal yardımı maliyyələşdirmək üçün “Square” şirkətinin səhmlərindən - “Start Small” fonduna sərvətimin təxminən 28%-ini - 1 milyard dollar (ABŞ dolları) - ayırıram”, - Dorsi yazıb.

Onun sözlərinə görə, nə vaxt ki, pandemiya bitəcək, fond diqqəti sağlamlığa və qızların təhsilinə yönəldəcək.

Qeyd edək ki, Çin hakimiyyəti ötən ilin 31 dekabrında Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) Uhan şəhərində yeni pnevmaniyanın yayılması barədə məlumatlandırıb. ÜST martın 11-də koronavirusu pandemiya elan edib.

Son məlumatlara görə, dünyada koronavirus qurbanlarının sayı 80 min nəfəri ötüb. COVID-19 infeksiyasına yoluxanların sayı 1,4 milyon nəfərdən çoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru