"Vişeqrad qrupu" Azərbaycana maliyyə yardımı ayıracaq

9-04-2020, 04:14           
"Vişeqrad qrupu" Azərbaycana maliyyə yardımı ayıracaq
"Vişeqrad qrupu" (Macarıstan, Polşa, Slovakiya və Çexiya) “Şərq Tərəfdaşlığı” ölkələrinə maliyyə yardımı ayıracaq.

“Report” xəbər verir ki, bu barədə Çexiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Gürcüstan, Azərbaycan, Ermənistan, Belarus, Ukrayna və Moldovaya 250 000 avro məbləğində yardım göstəriləcək.

Vəsait “Şərq Tərəfdaşlığı”na üzv ölkələrdə COVID-19 pandemiyasının təsirinə məruz qalan səhiyyə, sosial və iqtisadi sahələrin gücləndirilməsinə yönəldiləcək.

Məlumatda qeyd olunub ki, “Şərq Tərəfdaşlığı” Avropa İttifaqı üçün strateji əhəmiyyət kəsb edir və buna görə həmin proqram təşkilatın xarici əlaqələri kontekstində prioritet mövzulardan biridir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru