Ziya Məmmədovla bağlı ilginc məlumat yayıldı - Böhran ona da təsir edib?

26-12-2015, 14:28           
Ziya Məmmədovla bağlı ilginc məlumat yayıldı - Böhran ona da təsir edib?
Manatın devalvasiyası aşağı təbəqədən olan insanlarla yanaşı, oliqarx məmurlara də ciddi şəkildə təsir edib.

Dia.az xəbər verir ki, «unikal.org»a daxil olan məlumata görə, budəfəki devalvasiya Nəqliyyat naziri Ziya Məmmədovu da «vurub». Bu barədə nazirə yaxın şəxslərdən əldə etdiyimiz məlumata görə, Z.Məmmədov da artıq ixtisarlara başlayıb. Məlumatlı şəxs deyib ki, nazir Bakı şəhərinin mərkəzində, Teymur Əliyev küçəsindəki villada, Şüvəlanda və Bilgəhdəki bağ evlərində, eləcə də oğlu Anar Məmmədovun və özünün Qəçreşdəki villalarında çalışanları ixtisar edir.

Qeyd edək ki, nazirin evlərində ən azı bir neçə qulluqçu, iki bağban, iki nəfər texniki işlərə nəzarət edən, bir nəfər sürücü çalışırdı. Özü də onların hər biri yüksək məvacib alırdılar. Amma devalvasiya naziri bütün evlərindəki xidmətçilərinin sayını azaltmağa məcbur edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru