Valyutadəyişmə məntəqələri Mərkəzi Bankın tələbinə necə əməl edir?

26-12-2015, 20:49           
Valyutadəyişmə məntəqələri Mərkəzi Bankın tələbinə necə əməl edir?
"Report" agentliyinin analitik qrupu Bakı şəhərinin mərkəzi hissəsində yerləşən valyutadəyişmə məntəqələrində nağd valyutanın alış-satış məzənnəsi üzrə növbəti monitorinqi keçirib.

Monitorinqin nəticələrinə görə, dolların ən yaxşı alış məzənnəsi 1,57 AZN/USD, ən yaxşı satış məzənnəsi isə 1,560 AZN/USD olub. Bəzi valyutadəyişmə məntəqələrində isə hətta 1,562 AZN/USD manatla da dollar satışı həyata keçirilir.

Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, valyuta mübadilə məntəqələri alış-satış əməliyyatlarını maksimum 2%-lik marja ilə apara bilər. Yəni valyutanın müştərilərdən alış qiyməti rəsmi məzənnədən maksimum 2% az, satışında isə maksimum 2% çox ola bilər.

Nəzərə alsaq ki, manatın rəsmi məzənnəsi 1,5540 AZN/USD müəyyən edilib və müvafiq qanunvericiliyə görə, minimal alış dəyəri 1,5230 AZN/USD, maksimal satış dəyəri isə 1,5850 AZN/USD olmalıdır.

Müşahidələr onu göstərib ki, bu gün bir çox valyutadəyişmə məntəqələri vaxtından tez bağlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru