Hər il "bağlanırıq" yazan mağaza - Bizi belə aldadırlar

26-12-2015, 20:56           
Hər il "bağlanırıq" yazan mağaza - Bizi belə aldadırlar
Bakıda yenə də alıcıları aldadan endirim fırıldaqları var. Mağazalar alıcıları cəlb etmək üçün yüksək endirim reklamlarından istifadə edirlər. Lakin elanlarda olan endirimlər malın qiyməti ilə uyğun gəlmir. Yəni, malın normal qiyməti qaldırıldıqdan sonra ona müəyyən endirimlər edilir.

Bu cür fırıldaqlar haqda mətbuatda dəfələrlə məlumatlar dərc edilib. Hiyləgər sahibkarların bu cür əməlləri ifşa olunub.

Musavat.com xəbər verir ki, bəzi sahibkarlar da alıcı cəlb etmək üçün mağazanın bağlanacağı haqda elanlar verirlər. Məsələn: "Mağaza bağlanır. Şok endirim" və s.

Əslində belə mağazalar hər sezon eyni fırıldaqdan istifadə edirlər.

insanları bu cür aldadan mağazalardan biri də "Torqovi"da M.Ə.Rəsulzadə 5 ünvanında yerləşən "Bambi" ayaqqabı mağazasıdır.

Ötən il də eyni mağazaya baş çəkərkən bağlanacağı ilə bağlı elanı görmüşdük. Həmin zaman mağazada 80 faizə qədər endirim də var idi. İndi də mağazada "İli bağlayırıq. 70 faiz endirim" elanı vurulub.

Keçən ildən fərqli olaraq bu il ki, reklamda "ili" sözü artırılıb. Satıcılardan biri ilə söhbət edərkən öyrəndik ki, neçə illərdir mağazada eyni elan vurulurmuş. Və reklamdakı "ili" sözü kiçik yazılıb ki, diqqəti "bağlayırıq" sözü çəksin. Satıcı ötən il bağlanma xəbəri ilə bağlı reklamdan da istifadə etdiklərini təsdiqlədi.

Mağazada ayaqqabıların da qiyməti ilə maraqlandıq. 70 faiz endirimli ayaqqabılar 80-90 manat idi.

Baxdığımız bu ayaqqabının qiyməti 314 manatdır. 70 faiz endirimlə isə qiymət 94 manatdır. Bu qiymətlərin real olması isə heç də inandırıcı deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru