İsmət Abbasovu da Mahmudov himayə edib - İDDİA

28-12-2015, 10:58           
İsmət Abbasovu da Mahmudov himayə edib - İDDİA
Eldar Mahmudovla İsmət Abbasovun şərikli briliyant biznesi İki aydan artıqdır ki, ölkə mətbuatı sabiq MTN şefi Eldar Mahmudovun və yaxın ətrafının qanunsuz əməllərindən, biznes fəaliyyətindən yazır.

Yazılarda keçmiş nazirin hətta brilliant biznesi ilə məşğul olması və bunun üçün Cənubi Afrika Respublikasında (CAR) ölkəmizin səfirliyinin açılmasına nail olması barədə də xəbərlər dərc olunur. Eldar Mahmudov hətta sağ əli Akif Çovdarovun yaxını dostu Poluxovu CAR-a səfir də təyin etdirə bilib.

Məqsəd diplomatik münasibətləri deyil, cənab nazirin biznesini çiçəkləndirmək olub. Mötəbər mənbədən NUH İnformasiya Agentliyinə ( NUH.az ) daxil olan məlumata görə, Afrikadakı brillliant biznesi ilə əsasən keçmiş kənd təsərrüfatı naziri, hazırda baş nazirinin müavini işləyən İsmət Abbasov məşğul olub.

Sonradan İsmət Abasovun müavini, əslən Gürcüstandan olan İlham Quliyev dostu Akif Çovdarovu öz naziri ilə tanış edib. İsmət Abasovla Akif Çaovdarovun yaxın münasibətləri nəticəsi olaraq sonda Eldar Mahmudov da brilliant biznesinə şərik və qarant olub. Yəni Eldar Mahmudov-İsmət Abbasov-Akif Çovdarov "troyka”sını əlaqələndirən hazırda da nazir müavini işləyən İlham Quliyev olub. Tərəflərin mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.