Azərbaycan Dəmir Yolları QSC təkzib etdi

29-12-2015, 11:10           
Azərbaycan Dəmir Yolları QSC təkzib etdi

teref.az saytına Azərbaycan Dəmir Yolları QSC- dən saytımızda gedən tənqidi materialla bağlı bəzi m\qamlara aydınlıq gətirən təkzib məktubu daxil olub. Onu sizə təqdim edirik:
Son günlar bəzi elektron KİV-lərdə (o cümlədən “teref.az” saytında) Göyçay rayonunda iki azyaşlı körpəsi ilə demək olar ki, küçəyə atılmış gənc ananın - Ülviyyə Allahverdiyevanın müraciəti yayımlanır. Müraciətdə, qeyd edildiyi ki, əsas diqqət çəkən məqam şikayətçi Ülviyyə Allahverdiyevanın müraciətində adı keçən Anar Allahverdiyevdir və onun “Azərbaycan Dövlət Dəmir Yolları QSC-də çalışdığı bildirilir.
Yayılan müraciətdə qeyd olunanların araşdırılması hüquq-mühafizə orqanlarının işidir.
O ki, qaldı Anar Allahverdiyevin “Azərbaycan Dəmir Yolları” QSC-də işləməsinə, bu həqiqətə uyğun deyil və Cəmiyyətin sədri Cavid Qurbanovla heç bir əlaqəsi yoxdur.
Son olaraq bildiririk ki, dəmir yolunda bir çox irihəcmli layihələr icra olunmaqdadır. KİV-lərdə qarşı tərəfin mövqeyini öyrənmədən, faktları araşdırmadan belə yazıları yaymaq qeyri-peşəkarlıqdır. Belə müəlliflərin yazdıqları «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətində aparılan əsaslı islahatlara kölgə salmaqdan başqa bir şey deyildir.

“Azərbaycan Dəmir Yolları»
Qapalı Səhmdar Cəmiyyətinin
Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru