Ramin Bayramlıdan “Atletlər kəndi”ndəki karantin mərkəzi ilə bağlı MÜHÜM AÇIQLAMA

10-05-2020, 14:29           
Ramin Bayramlıdan “Atletlər kəndi”ndəki karantin mərkəzi ilə bağlı MÜHÜM AÇIQLAMA
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı mayın 8-da “Atletlər kəndi”ndəki karantin mərkəzinə xeyli sayda insanın gətirilməsi ilə bağlı məlumatlara aydınlıq gətirib.

Oxu.Az-ın məlumatına görə, sədr jurnalistlərə açıqlamasında bildirib ki, həmin şəxslərin əksəriyyəti xarici ölkədən gətirilən vətəndaşlardır:

“Həmin karantin mərkəzinə daxildə olan müəyyən qrupları da yerləşdiririk. Məsələn, tibb işçiləri də işlərini bitirdikdən sonra evə buraxılmadan əvvəl orada 14 gün karantində saxlanılır. Orada həmçinin işə göndəriləcək neftçilər də karantində saxlanılır".

“Başqa sahələr üzrə çalışan şəxslər də orada müayinədən keçirildikdən sonra evə və ya işə buraxılır. Həmin karantin məntəqəsində əsasən xaricdən gələn vətəndaşlarımız yerləşdirilir”- qeyd edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru