Ölkəyə gətirilən tibbi ləvazimatlara görə daha bir ay gömrük rüsumu ödənilməyəcək

24-05-2020, 00:05           
Ölkəyə gətirilən tibbi ləvazimatlara görə daha bir ay gömrük rüsumu ödənilməyəcək
Azərbaycana gətirilən baxillər, steril və qeyri-steril əlcəklər, tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorların idxal gömrük rüsumundan azad edilməsi müddəti daha bir ay uzadılıb.

Trend-in verdiyi məlumata görə, Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edilməsi barədə" 2020-ci il 5 mart tarixli 84 nömrəli Qərarında dəyişiklik edib.

Bu müddət iyunun 1-dən iyulun 1-dək uzadılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru