Nazim İbrahimovda gedir- Belə deyirlər

6-01-2016, 10:50           
Nazim İbrahimovda gedir- Belə deyirlər
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun fəaliyyəti yoxlanılır.

Bu barədə İstiqlal.az-a daxil olan məlumata görə, komitə yaxın günlərdə ləğv olunacaq. Bu baxımdan Nazim İbrahimovun fəaliyyətinin yoxlanılması həm də təhvil-təslim işləri hesab edilə bilər.

Məlumatda qeyd olunur ki, komitə ləğv olunana qədər Nazim İbrahimov da nəqliyyat nazirinin aqibətini yaşaya bilər. İddialara görə, Nazim İbrahimovun təkcə məmur kimi fəaliyyəti yox, həm də biznes strukturkarı yoxlamaya cəlb olunub.

Qeyd edək ki, onsuz da Nazim İbrahimovun vəziyyəti ürəkaçan deyildi. Bir müddət əvvəl ATV qardaşı Tağı İbrahimovdan alındı, daha sonra digər qardaşı Haci İbrahim Nehrəmli "kredit qalmaqalı"nda əsas fiqur kimi ortaya çıxdı və s. Bütün bunlar Nazim İbrahimovun hakimiyyətdəki nüfuzunu böyük zərbə vurmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru