BMT: Tibbi maska və əlcəklər təbiətə təhlükə törədir

28-07-2020, 08:42           
BMT: Tibbi maska və əlcəklər təbiətə təhlükə törədir
Yeni koronavirus pandemiyası şəraitində zəruri fərdi müdafiə vasitələrindən istifadə olunması ətraf mühitin çirklənməsinin səviyyəsinə təsir edirlər.

“Report” xəbər verir ki, bu barədə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (YUNKTAD) məruzəsində bildirilib.

Məruzəyə əsasən qoruyucu maskalar, əlcəklər, dezinfeksiyaedici vasitələrin və qida məhsullarının qablaşdırılması küçələri, çimərlikləri və dünya okeanını çirkləndirir.

Sənəddə vurğulanır ki, plastik çirklənmə onsuz da pandemiyaya qədər Yer kürəsi üçün ən ciddi təhlükələrdən biri idi. Bu halda bir sıra məhsulların istehlakının kəskin artımı vəziyyəti daha ağırlaşdırır.

Bu halda məruzədə həmçinin qeyd edilir ki, özünütəcrid rejiminin tətbiqi və bir sıra obyektlərin işini dayandırması fonunda bütün dünyada istilikxana qazlarının tullantıları 5%-ə qədər azalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru