Yerli su istehsalçısı da qiymətləri qaldırdı

16-01-2016, 01:05           

Ötən ay Azərbaycanda baş tutan devalvasiyadan sonra ərzaq məhsullarından tutmuş bir çox istehsal məhsullarının qiymətində artım oldu.

Gün.Az xəbər verir ki, səbəb isə məhsulların ya özünün, ya xammalının xaricdən gətirildiyi və dollarla alış-veriş edildiyi göstərildi.

Bunu təbii səbəb kimi qarşılamaq mümkündür. Çünki hansısa şirkət xaricdən həmişə eyni qiymətə aldığı məhsulu devalvasiyadan sonra baha alırsa, Azərbaycanda da baha satmaq məcburiyyətindədir.

Amma bəzi məhsullar var ki, onların qiymətinin artırılması anlaşılmazdır. Misal olaraq qablaşdırılmış qazsız suların qiymətinin bahalaşmasını göstərə bilərik. Bu su əgər Azərbaycanda çıxırsa axı niyə bahalaşmalıdır?

Nümunə olaraq “Damla” nişanlı təbii bulaq suyu satışını həyata keçirən “Damla LTD” MMC qiymətlərini qeyd edək.

5 litrlik su – devalvasiyadan öncə 1,20 manat, sonra 1,60 manat
10 litrlik su – devalvasiyadan öncə 2 manat, sonra 2,50
19 litrlik su – devalvasiyadan öncə 3 manat, 4 manat

Məsələ ilə bağlı şirkətdən Gün.Az-a bildirildi ki, su Azərbaycanda çıxsa da plastik qablar Türkiyədən alınır.

Qiymət artımı da məhz buna görədir.

Bunu artım 5-10 qəpik olardısa haqlı səbəb kimi qəbul etmək olardı.

Amma qiymətin kəskin şəkildə bahalaşması, qiymətinin artımının süni olduğunu deməyə əsas verir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.