“Vəzifəmizdə qalmaq üçün hər ay Tacəddin müəllimə pul verirdik” – VİDEO
20-08-2020, 17:43
“Tacəddin müəllimə 2000 manat pulu vermişik, işimizdə, vəzifəmizdə qalmaq üçün”. Yeniavaz.com xəbər verir ki, bu sözləri prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarına Kürdəmir rayon Kommunal Müəssisələr Kombinatının rəisi deyib. O bildirib ki, bu vəsaiti o vəzifəyə təyin olunandan etibarən hər ay ödəyib:
“2019-cu ilin 17 oktyabrından Kürdəmir rayon Kommunal Müəssisələr Kombinatında rəis vəzifəsində çalışmışam. Hər ay 2000 manat İcra hakimiyəti başçısının birinci müavini Tacəddin Novruzova vermişəm. Tacəddin müəllimə 2000 manat pulu vermişik, işimizdə, vəzifəmizdə qalmaq üçün”.
Kürdəmir Rayon Yaşıllaşdırma İdarəsinin rəisi Elmin Sadiqov da işlədiyi müddətdə Ceyhun Cəfərovun tapşırığı ilə müəyyən məbləğlərdə vəsait ödədiyini bildirib: “İşlədiyim müddətdə icra başçısının tapşırığı ilə, birinci müavinin vasitəsi ilə, müəyyən aylarda, müəyyən məbləğlərdə, pul verilib, 500-1000 manat arlığında”.