Ekspert: “Yumşalma tədbirləri turizm mövsümünü uzada bilər”

24-08-2020, 11:00           
Ekspert: “Yumşalma tədbirləri turizm mövsümünü uzada bilər”
DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyir ki, ölkəmiz ənənəvi turizm bazarları ilə yanaşı, yeni bazarların da axtarışında olmalıdır

RADİOSamir Dübəndi: “Beynəlxalq turizmin vəziyyəti epidemioloji vəziyyətdən asılıdır”

“Karantin qaydaları yumşalsa, eyni zamanda rayonlar arası gediş-gəliş açılarsa, daxili turizmdə canlanma müşahidə edə bilərik”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyib.

O bildirib ki, builki turizm mövsümü itirilmiş sayılır: “Ancaq yumşalma tədbirləri olarsa, mövsümü bir qədər uzatmaq olar. Beynəlxalq turizmin vəziyyəti isə ümumi epidemioloji vəziyyətdən asılıdır. Ona görə də bu məsələni proqnozlaşdırmaq bir qədər çətindir. Amma düşünürəm ki, ölkəmiz ənənəvi turizm bazarları ilə yanaşı, yeni bazarların da axtarışında olmalıdır. Turizmin bərpası üçün bəzi ölkələrlə viza rejiminin ləğv olunması, eni istiqamətlərə hava reyslərinin açılması yardım edə bilər”.

Qeyd edək ki, Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nı təsdiq edib.sputnik.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.