Daha bir atəşkəs elan olundu...

26-10-2020, 00:37           
Daha bir atəşkəs elan olundu...
Oktyabrın 26-sı saat 21:00-dan etibarən Azərbaycan və Ermənistan arasında humanitar atəşkəs rejimi qüvvəyə minəcək. Teref.az xəbər verir ki, bu barədə Rusiyanın Regnum Agentliyi məkumat yayıb.
Məlumatda deyilir ki, humanitar atəşkəs barədə ABŞ, Azərbaycan və Ermənistan arasında razılaşma əldə olunub.
Bəyanatda deyilir ki, ATƏT Minsk Qrupu Azərbaycan və Ermənistanı təcili olaraq Moskvada əldə olunmuş anlaşmaya əsasən razılaşma əldə etmələri üçün təcili addımlar atmalıdır.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün keçirdiyi müşavirədə təzyiqlərin olduğunu, atəşkəs rejiminin bərpa olunması üçün cəhdlər edildiyini, lakin bütün hallarda atəşkəsin olmayacağını bəyan edib. Lakin rəsmi Bakının müvəqqəti humanitar atəşkəs rejimini qəbul edə biləcəyi mümkün görünür. Çünki indiyə qədər Azərbaycan iki dəfə humanitar atəşkəs rejiminin tətbiq edilməsinə müsbət yanaşıb. Buna səbəb olan başlıca amil isə cəbhə bölgəsində, xüsusən də işğaldan azad edilmiş ərazilərimizdə xeyli sayda erməni əsgərinin meyiti qalıb. Hətta bu yaxınlarda BQXK-nın xətti ilə 1500 erməni əsgərinin meyidi təhvil verilsə də, Ermənistan tərəfi Tovuz istiqamətində həmin meyidləri qəbul etməkdən imtina edib.
Xatırladaq ki, indiyə qədər razılaşdırılmış humanitar atəşkəs rejimini Ermənistan tərəfi pozub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.