İcra başçısı hələ də azad olunan rayonuna getməyib

20-12-2020, 12:36           
İcra başçısı hələ də azad olunan rayonuna getməyib
Şuşanın icra başçısı Bayram Səfərov Şuşaya gedə bilməyib.
Bu barədə icra başçısı Modern.az-ın sualına cavab olaraq bildirib. O qeyd edib ki, hələlik mülki şəxslərin Şuşaya gediş-gəlişi üçün şərait yoxdur:

“Bütün şuşalılar şəhərə qayıtmaq istəyirlər. Bizə müraciət edirlər ki, necə gedə bilərik. Amma mən özüm belə hələ gedib çıxa bilməmişəm. Bu asan məsələ deyil. Ermənilər hər yeri minalayıblar. Diqqətli olmaq lazımdır. Əhalinin Şuşaya gedişi üçün rəsmi icazə veriləndə mən də gedəcəm”.

İcra başçısı Şuşada dağıdılan dini və tarixi abidələrin taleyinə də toxunub: “Şuşanı dağıdıblar. Tariximizi yerlə yeksan ediblər. Bütün abidələrin bərpası üçün müvafiq qurumlar fəaliyyət göstərirlər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru