BNA əlil maşınlarına niyə cərimə yazır? ŞİKAYƏT

5-01-2021, 10:31           
BNA əlil maşınlarına niyə cərimə yazır? ŞİKAYƏT
Bakı Nəqliyyat Agentliyi (BNA) də əlillərin qanunla qorunan hüquqlarını tapdalamaqda davam edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 5-ci bəndinin 4-cü yarımbəndinə əsasən 3.2, 3.8-3.30 qadağan işarələrinin qüvvəsi ƏLİLLİYİ OLAN ŞƏXS TANINMA NİŞANINA MALİK AVTOMOBİLLƏRƏ ŞAMİL EDİLMİR . Di gəl, BNA-nın nəzarətçiləri əlilliyi olan şəxsin tanınma nişanına malik 99FZ437 dövlət nömrəli maşınına qadağan işarəsi olduğu yerdə durduğuna görə, İnzibati Xətalar Məcəlləsinin 346.1 maddəsinə əsasən 20 manat cərimə tətbiq etməkdən yorulmurlar.. Avtomobil yiyəsinin info @bna.az adresinə etdiyimiz şikayətə isə aşağıdakı cavabı alırıq.

Yani şikayət edə bilməzsiniz.İndi görəsən bu əlillər qanunsuz yazılmış cərimələr üçün hara şikayıt etsinlər?
Qanunla “əlilliyi olan şəxs” tanınma nişanına malik olan avtomobilə “durmaq, dayanmaq qadağandır” işarəsinin qüvvəsi şamil edilmədiyi halda, görəsən, BNA yetkililəri “əlil avtomobili”nə hansı qanunla cərimə tətbiq ediblər?
Teref.az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.