Daşınmaz əmlakla bağlı tariflər də artırılıb - Siyahı

5-01-2021, 16:31           
Daşınmaz əmlakla bağlı tariflər də artırılıb - Siyahı

“Diqqət benzin və dizelin qiymətinə yönəlib, amma daşınmaz əmlakla bağlı tariflər, o cümlədən evlərin özəlləşdirilməsi tarifləri 2 dəfə artırılıb”.

Teref.az yazır ki,bunu iqtisadçı-ekspert Samir Əliyev deyib.

O, bəzi məqamları diqqətə çatdırıb: “Çoxmənzilli yaşayış binaları üzrə binanın ümumi sahəsinin hər 1 kvadrat metri 40 qəpik olduğu halda artımdan sonra 85 qəpiyə çatırılıb.

Qeyri-yaşayış binaları (sahələri) və əmlak kompleksi kimi müəssisələr üzrə:

- sahəsi 100 m2-dək 240 AZN (əvvəl maksimum 120 AZN)

- sahəsi 100 m2-dən 500 m2-dək - maksimum 980 AZN (əvvəl 490 AZN)

Mənzillər üzrə:

- sahəsi 50 m2 -dək (50 m2 daxil) olduqda - 20 AZN (əvvəl 12 AZN)

- sahəsi 50 m2 -dən çox olduqda, hər əlavə 1 m2 üçün 33 qəpik (əvvəl 20 qəpik)

Kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə (sahəsi 5,0 ha-dək olduqda):

- pay torpaqları-ailə kəndli təsərrüfatına məxsus olduğu hallarda maksimum 125 AZN

- kənd təsərrüfatı torpaqları ilə bağlı digər hallarda maksimum 175 AZN (Əvvəlki tarifdə vahid tarif olub və maksimum qiymət 66 AZN təşkil edib).

Həyətyanı və bağ sahələri üzrə:

- sahəsi 0,12 ha-dək olduqda - 20 AZN (əvvəl 12 AZN)

- sahəsi 0,12 ha-dan çox olduqda, hər əlavə 0,01 ha üçün - 1,7 AZN (əvvəl 1 AZN) (Hit.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru