“OPEC plus” ölkələri razılığa gəldilər

6-01-2021, 08:58           
“OPEC plus” ölkələri razılığa gəldilər
Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin ötən ilin dekabrında keçirilmiş 12-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin yanvar ayında 0.5 mln. barrel artırılması, “OPEC plus” nazirlərinin hər ay keçiriləcək görüşləri vasitəsilə kvotaların qarşıdakı aylarda tədricən 2 mln. barrelədək yumşaldılması razılaşdırılmışdı.
Dünən “OPEC plus” ölkələri nazirlərinin 13-cü iclasında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral-mart aylarında da davam etdirilməsi barədə qərar qəbul edilib. Yeni razılaşmaya əsasən, “OPEC plus” ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları fevralda 7 mln.125 min barrel, martda isə 7 mln. 50 min barrel təşkil edəcək.
Bununla əlaqədar olaraq, Rusiya fevral və mart aylarının hər birində gündəlik neft istehsalını 75 min barel, Qazaxıstan isə 10 min barrel artıracaq. Azərbaycan isə növbəti iki ayda gündəlik xam neft hasilatını 8 min barrel artıraraq istehsalı 595 min barrel səviyyəsində saxlayacaq.
Əgər COVİD-19 pandemiyası səbəbindən qlobal iqtisadiyyata təsir edən məhdudiyyətlər gələn aylarda da davam edərsə, o halda xam neftin dünya bazar qiymətlərində hazırda müşahidə olunan positiv dəyişikliklər dayana, hətta əks proses də başlaya bilər.
Qubad İbadoğlu
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru