Azərbaycanda kommunal xidmətlər də bahalaşa bilər - AÇIQLAMA

6-01-2021, 15:44           
Azərbaycanda kommunal xidmətlər də bahalaşa bilər - AÇIQLAMA
Xəbər verdiyimiz kimi yanvarın 4-də Tarif Şurasının qərarı ilə benzinin qiyməti 1 manata, dizelin qiyməti isə 80 qəpiyə qaldırıldı.Bu gün iddia olunan məsələlərdən biri də yaxın günlərdə kommunal xidmətlərin də bahalaşmasıdır.

Bununla bağlı danışan iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, kommunal xidmətlərin bahalaşması gözlənilir:

"Bugünkü şərtlər daxilində dövlət çalışacaq ki, hökumətdən maliyyələşən və subsidyalaşan xidmətlər üzrə xərcləri aşağı salsın. Çünki proses ona doğru gedir. Dövlətin resurs gəlirləri azalır, sosial xərclər isə artır. Eyni zamanda Qarabağla bağlı böyük xərclər lazımdır. Bunun hansısa formada həll yolu tapılmalıdır. Kommunal xidmətlərin bir hissəsinin özəlləşdirilməsi ilə bağlı fikirlər də var.

Düzdür, bu təkliflər zaman-zaman olub. Amma görünən odur ki, bu qaçılmaz olacaq. Dövlət kommunal xidmətlərinin bir hissəsini və yaxud da fəaliyyət istiqmətlərini müəyyən bir hissəsini özəlləşdirəcək. Bu məqamlar nəzərə alınsa, növbəti dövrlərdə kommunal xidmətlətlər bahalaşa bilər". //sonxeber.az//












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru