"Ağır yaralı sayılmaq üçün yarıcan olmaq kifayət deyilmi???"- Jurnalistdən ağır sual.. VİDEO
7-01-2021, 06:21
Bu gün efirimizə gələn qazi qardaşımız Zahid Füzuli uğrunda döyüşlərdə yaralanıb. Boynu-boğazı dəhşət gündə idi. Üç dəfə dəri köçürülüb. Amma yenə də soyuq başla baxmaq olmur yarasına. Boynu tərpənmirdi demək olar ki. Bədənim qəlpə ilə doludur deyir. Əlinin üstündə sanki bir təpəcik yaradıb qəlpə((((Hərbi hospitalda yatıb, 7 dəfə əməliyyat olunub, buna rəğmən onun epikrizində yüngül yaralı yazıblar. Şikayəti ondan idi ki, ağır yaralı sayılmaq üçün yarıcan olmaq kifayət deyilmi??? Bu gün bir qazi qardaşımız da həmin hospitalda intihar edib. Hara baxırsız, ay səhiyyəsizlər? Niyə ölüb yerə girmirsiz? Onlar biz bivecləri qorudu, biz niyə onları qoruya bilmirik? Müharibə, tökülən qanlar bizi dəyişməli idi axı! Dəyişmədiksə, ölüb yerə girək.