Yeni icra başçısı Mahir Quliyevin kadrlarını İŞDƏN ÇIXARDIR

7-01-2021, 10:32           
Yeni icra başçısı Mahir Quliyevin kadrlarını İŞDƏN ÇIXARDIR
Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov iki şöbə müdirini işdən çıxarıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, F.Qürbətovun əmri ilə, Biləsuvar RİH-nin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zakir Şahbazov və hüquq şöbəsinin müdiri Şahin İsgəndərov tutduqları vəzifədən azad olunublar.

Hələlik onların yerinə təyinat yoxdur.

Qeyd edək ki, hər iki vəzifəli şəxs Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) həbs etdiyi Biləsuvar rayonunun sabiq icra başçısı Mahir Quliyev tərəfindən sözügedən vəzifələrə təyin olunmuşdular.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru