Dövlət qurumları artan büdcə xərclərinə qənaət etməlidir: - Tenderlərdə şəffaflıq aktuallaşır

7-01-2021, 10:42           
Dövlət qurumları artan büdcə xərclərinə qənaət etməlidir: -
Azərbaycan iqtisadiyyatının mühüm istiqamətlərindən biri də dövlət satınlamaları prosesidir.

Belə ki, dövlətin maliyyə resurslarından qənaətlə istifadə, bu sahədə şəffaflığın və səmərəliliyin artırılması, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərə (podratçılara) bərabər rəqabət mühitinin yaradılması mühüm məsələlərdir.

Xüsusən də, torpaqlarımızın işğaldan azad olunması 2021-ci ilin büdcə xərclərinin bu istiqamətdə artırılmasına səbəb olub. Bu da öznövbəsində azalan neft gəlirləri və pandemiyadan dolayı iqtisadi daralma yaşadığımız dönəmdə dövlət qurumlarının büdcədən ayrılan vəsaitlərdən qənaətlə istifadəsini, satınalamalarda şəffaflığın əldə olunmasını, korrupsiya kimi halların aradan qaldırılmasının önəmini bir daha ortaya qoyur.

Bəs hazırda dövlət satınalmaları prosesində hansı problemlər ortaya çıxır və tenderlərdə şəffaflığın əldə olunması üçün hansı işlərin görülməsinə ehtiyac var?
Araşdırmaçı jurnalist Hafiz Babalı “MediaPost”a açıqlamasında bildirdi ki, şəffaflıq səviyyəsini müəyyən etmək üçün hesabatlar dərc edilmədiyindən, bununla bağlı mediada dərc olunan ifşaedici xəbərlər və jurnalist araşdırmalarından istifadə etmək lazım gəlir. Təhlillər göstərir ki, əksər dövlət təşkilatları şəffaflıqla bağlı qanunvericiliyin bəzi formal tələblərinə əməl etmirlər:

Ekspertin sözlərinə görə, hökumət işğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpasına başlayıb. Gələn ildən bu məqsədlə dövlət büdcəsindən 2 milyard manatdan çox büdcə vəsaiti ayrılacaq. Odur ki, həmin vəsaitlərin səmərəli istifadəsi məsələsi aktuallaşır.

İqtisadçı ekspert Natiq Cəfərli “MediaPost”a açıqlamasında Azərbaycanda dövlət satınalmaları ilə bağlı həmişə kifayət qədər ciddi problemlərin olduğunu dedi. Çox zaman tenderlər formal xarakter daşıyıb, bir çox hallarda eyni şəxslərə və qruplara məxsus olan bir neçə şirkət formal olaraq say çoxluğu olsun deyə tenderlərdə iştirak ediblər.

Ekspert hesab edir ki, dövlət satınalmaları ilə bağlı qanun daha da sərtləşdirilməlidir və bu zaman kifayət qədər ciddi nəzarət mexanizmləri yaradılmalıdır.

Ekspertlərin fikrindən belə qənaətə gəlmək olar ki, dövlət satınalmalarında şəfafflığın əldə olunması və sui-istifadə hallarının aradan qaldırılması üçün dövlət satınalmaları ilə bağlı qanunvericilik sərtləşdirilməli, tenderdə iştirak tələbləri artırılmalıdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.