Maketlərin “endirim” fırıldağı: “ucuzlaşmış” mal necə baha satılır?

7-01-2021, 17:48           
Maketlərin “endirim” fırıldağı:
Tez-tez iri marketlərdə müxtəlif endirim kampaniyaları keçirilir. Hətta əvəlcədən elan verilərək məhdud günlər də müəyyən edilir. Bəs görəsən bu endirimlər həmişə müştəriləri düşünərəkmi həyata keçirilir?

AzFood marketlərin “endirim kampaniyaları” barədə bir faktı diqqətə çatdırır. Sən demə əslində ucuz aldığımızı düşündüyümüz məhsullar heç də belə deyilmiş. Bunun üçün kiçik bir sirri açmaq olur. Bu da vitrində qiymətləri dəyişən market işçisinin buraxdığı səhvdən aydın olur.

Sadəcə yeni qiymət etiketini qaldırıb altına baxmaq olar. Təqdim etdiyimiz foto Bakıda fəaliyyət göstərən iri marketlərdən birində çəkilib. Göründüyü kimi 95 qəpikdən 70 qəpiyə endirilən məhsul ilk baxışdan cazibəli görünür. Təbii ki, istehlakçı bunu özünə endirim kimi qəbul edir və alır. Amma əslində normalda bu məhsul 67 qəpiyə satılıb. Sadəcə “endirim” kampaniyası çərçivəsində qiyməti 3 qəpik bahalaşıb.

Bu saxta endirim kampaniyalarının altında gizlənən həqiqətin sadəcə biridir. Görəsən hələ nə qədər bu cür açılmamış sirlər var?















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.