Babalı istehsalçıların boynuna: Nazirlik rəsmisi günahkarı tapdı

8-01-2021, 05:33           
Babalı istehsalçıların boynuna:
Bir çox istehsalçıların polietilen torbaları icazəsiz istehsal edərək satdığını deyən A.Əliyev qeyd edib ki, bu məsələlərə xüsusi diqqət edilməli, ilk tələb istehsalçılar üzərinə qoyulmalıdır.

İlkin monitorinqlərin nəticələrinə görə, bir çox polietilen torbaların istehsalı zamanı tələblərə riayət olunmur.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Araz Əliyev deyib.

Bir çox istehsalçıların polietilen torbaları icazəsiz istehsal edərək satdığını deyən A.Əliyev qeyd edib ki, bu məsələlərə xüsusi diqqət edilməli, ilk tələb istehsalçılar üzərinə qoyulmalıdır: "Onlar polietilen torbaların istehsalı zamanı standartları müəyyən etməlidirlər. Ticarət şəbəkəsində, istehsal sahəsində maarifləndirmə aparılmalıdır. Bundan başqa, məhsulun markalanması da düzgün getməlidir. Bu istiqamətdə istehsalçılarla iş aparılır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru