Teref.az xəbər verir ki,sosial şəbəkə istifadəçisi İlqar Məhərrəmli yazır ki, "Yanacağın qiymət artımı, ərzağın qiymətində özünü çox gözlətmədi. Dünəndən Göyçayda fəaliyyət göstərən bütün iri ticarət obyektlərində "Azərsun' un ərzaq mallarında demək olar ki, 35% artım müşahidə olunur. 15 gün öncə "Azərşəkər" istehsalı olan qəndin 1 kq. sı 1manat 25 qəpik idi. Bu gün həmin qəndin 1 kq sı 1 manat 59 qəpiyə satılır. Dükan sahibləri bildirirlər ki, "Azərsun" bütün ərzaq məhsullarının qiymətini yanacağın qiyməti bahalaşdığı üçün qaldırıb. Bəs Tarif şurasının, İqtisadiyyat Nazirliyinin və Milli Məclis üzvlərinin əksəriyyəti deyirdi ki, yanacağın qiymətinin artımı dugər ərzaq məhsullarının qiymətinə təsir etməyəcək. Buyurun cənablar, söz sizindir."