Əli Həsənov obyektini 3 milyona satışa çıxarıb

16-01-2021, 08:24           
Əli Həsənov obyektini 3 milyona satışa çıxarıb
Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun ucuz qiymətə özəlləşdirdiyi keçmiş "Kitab passajı”nı neçəyə satışa təqdim etdiyi məlum olub.

Teref.az xəbər verir ki, Ə.Həsənov sözügedən obyekti 3 milyon manata təklif edib. Hazırda bəzi şəxslərlə bu iqtisamətdə danışıqlar getsə də, konkret alıcının hələlik olmadığı qeyd edilir.

Şəhərin mərkəzində, Fontanlar bağının yanında, Nigar Rəfibəyli küçəsi-14 ünvanında yerləşən məşhur "Kitab passajı” 1898-ci ildə mesenat Orucov qardaşları tərəfindən açılıb və tarixi əhəmiyyət daşıyır. Lakin Əli Həsənov oranı yaxınlarının adına simvolik qiymətə özəlləşdirib və təyinatını dəyişib.

Qeyd edək ki, ötən gün KİVDF-nin sabiq rəhbəri Vüqar Səfərli həbs edilib. Onun işlətdiyi vəzifə cinayətləri sırasında Əli Həsənova məxsus obyekti Fondun maraqlarına zidd olaraq çox yüksək məbləğə icarəyə götürməsi və nəticədə 9 il ərzində ora 812 min manat ödədiyi də üzə çıxıb.

V.Səfərlinin Ə.Həsənovun himayəsi altında çalışdığını xatırladanlar isə Ə.Həsənovun məhz indiki ərəfədə obyektlərini təcili satışa çıxarmasını təsadüfü saymırlar.(Axar.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru