Neft gəlirlərinə gəlincə, 2020-ci ildə 2011-ci ilə müqayisədə onun məbləği 5 dəfədən çox azalıb.
27-01-2021, 02:08
Dövlət Neft Fondunun açıqlamasına görə, ötən il ərzində Azərbaycanın əsas neft və qaz yataqlarından çıxarılan neft, qaz və kondensat satışından 3,816.6 mln. ABŞ dolları qazancı olub. Teref.az xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu yazıb. Daha sonra Qubad ibadoğlu yazır, belə Azəri, Çıraq və Günəşli (AÇG) yatağından hasil olunan neftin satışından 3 522,7 mln. ABŞ dolları, Şahdəniz yatağından hasil olunan qaz və kondensatın satışından 293,9 mln. ABŞ dolları əldə olunub. Göründüyü ki, 1 il ərzində xaricə qaz satışından heç 300 milyon dollar da qazana bilmirik. Bu neftdən əldə edilən gəlirlərin 10 faizindən də azdır. Neft gəlirlərinə gəlincə, 2020-ci ildə 2011-ci ilə müqayisədə onun məbləği 5 dəfədən çox azalıb.