Tonlarla naringi anbarlarda çürüyür - VİDEO

27-01-2021, 23:17           
Tonlarla naringi anbarlarda çürüyür - VİDEO
Astaralı fermerlərin bu il min zəhmətlə topladıqları naringi saxlama anbarlarında çürüyür. Səbəb isə təsərrüfat sahiblərinin öz məhsullarını istədikləri qiymətə sata bilməmələridir.

Sfera.az xəbər verir ki, Astaranın Kijəbə qəsəbəsində fermerlərin əksəriyyətində 30 tondan çox naringi anbarlarda qalıb, burada hər gün çürüyən 500-600 kq meyvə zibilə atılır.

Naringi yetişdirənlər deyirlər ki, anbarlarda qalan məhsul kiloqramı 1 manatdan satılır. Bu qiymət isə məhsulun yetişdirilmə və saxlama xərclərini ödəmədiyindən onlara sərf etmir. Onlar deyirlər ki, xaricdən gətirilən məhsul da yerli məhsulun qiymətinə təsir edir.

Qeyd edək ki, Astarada 2300 hektara yaxın naringi bağı var. Bu sahələrdən keçən il təsərrüfat sahibləri ümumilikdə 34 min 442 ton məhsul yığıblar.
шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.