“Azəriqaz” sağac pulauzdur deyir, MTK-lar isə........

29-01-2021, 17:04           
“Azəriqaz” sağac pulauzdur deyir, MTK-lar isə........
“Azərbaycanda fərdi abonentlərimiz üçün quraşdırdığımız sayğaclar tamamilə ödənişsizdir, lakin mənzil-tikinti kooperativləri tərəfindən sayğacların quraşdırılması üçün təyin edilən qiymətlər “Azəriqaz”ın səlahiyyətində deyil”.

Bunu “Azəriqaz” İstehsalat Birliyinin (İB) Baş direktoru Ruslan Əliyev deyib.

MTK-lar tərəfindən abonentlərdən sayğacların quraşdırılması üçün 300-500 manat məbləğində vəsaitlərin tələb edilməsi ilə bağlı müraciətlərə cavab olaraq baş direktor bildirib ki, MTK-larla vətəndaşlar arasında qazlaşma müqaviləsi bağlanır və həmin razılaşmaya əsasən qazlaşdırma aparılır:

“Məlumat üçün bildirim ki, mexaniki sayğacların qiyməti 70-90 manat, digər sayğacların qiyməti isə 200-240 manat arasındadır. Sizdə hansı sayğaclar quraşdırılıb və nə üçün həmin məbləği tələb edirlər bunu MTK-larla aydınlaşdıra bilərsiniz. Lakin ümumilikdə məsələ “Azəriqaz”ın səlahiyyətlərinə daxil deyil. Onu deyim ki, biz “Azəriqaz” İB olaraq fərdi abonentlərimiz üçün yeni sayğacların quraşdırılmasını və sayğacların əvəz olunmasını ödənişsiz həyata keçiririk”. //oxu.az//












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.