Reportyor.info 3 yaşında… – Fərqli xəbər məkanı

21-02-2021, 15:00           
Reportyor.info 3 yaşında… –
Bu gün Reportyor.info xəbər portalının 3 yaşı tamam olur. Bu üç ildə alternativ və operativ xəbər mərkəzlərindən biri olmağı bacarmış Reportyor.info hər zaman oxucularına fərqli rubrikalar, özəl informasiyalar təqdim edib.
Bu 3 il ərzində saytda vətəndaşların şikayət və problemləri işıqlandırılıb, onların narazılıqları ictimailəşdirilməklə aidiyyatı qurumlara çatdırılıb.
Reportyor.info bu 3 ildə olmazın çətinlikləri aşıb, görünməz təbəddülatlardan keçib, bu yerə gəlmək üçün məhdud heyətlə, maliyyə problemləri ilə çalışıb. Amma 20-30 nəfərdən ibarət redaksiyaların bir çoxunun gördüyü işi reallaşdırıb.
Reportyor.info bundan sonra da daha maraqlı layihələr həyata keçirməyi, daha operativ, çevik informasiya mərkəzinə çevrilməyi, özəl və fərqli materiallar təqdim etməyi qarşısında məqsəd qoyub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.