Bu şəxslərin pulunu dövlət ödəyəcək - QANUN DƏYİŞDİ

23-02-2021, 23:27           
Bu şəxslərin pulunu dövlət ödəyəcək - QANUN DƏYİŞDİ
Nazirlər Kabineti valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi hüquqununun saxlanılması ilə bağlı qərarına edilən dəyişikliyə izah verib.

Musavat.com xəbər verir ki, izaha əsasən “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə” Qanuna edilmiş dəyişikliyə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər bütün tipdən olan dövlət təhsil müəssisələrində, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi hüququnu övladlığa götürüldükdə saxlayırlar.

Qeyd ediləni nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarında dəyişikliklər edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru