“Azərişıq”dan 10 milyonluq tender udan "Enerji Təchizat-V" MMC kimindir?

30-03-2021, 16:00           
“Azərişıq”dan 10 milyonluq tender udan "Enerji Təchizat-V" MMC kimindir?
“Azərişıq” ASC müxtəlif tipli sayğacların satın alınması üçün elan etdiyi açıq tenderə yekun vurub.

"Bizimxeber" xəbər verir ki, tenderin qalibi "Enerji Təchizat-V" MMC-dir. Qalib şirkətə 9 778 837 manat ödəniləcək.

Qeyd edək ki, "Enerji Təchizat-V" MMC cəmi bir il əvvəl – 24.01.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı “Nərimanov rayonu, Təbriz, ev 105/35, m.227E”-də yerləşən MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Balazadə Vüqar Niyaz oğludur.

Onu da bildirək ki, təsis olunduqdan cəmi bir il sonra 10 milyon manatlıq tenderin qalibi olan "Enerji Təchizat-V" MMC barədə açıq internet resurslarda hər hansı bir məlumata rast gəlmək mümkün deyil. Nə rəsmi veb-səhifəsi, nə də sosial şəbəkə hesablarına sahib olmayan MMC-nin analoji sahədə hansı təcrübəsinin olduğu da bilinmir.

Halbuki "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığın olması lazımdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru