Mingəçevir və Ağdam rəhbərliyindən RƏZALƏT: - Şəhid ailəsi 21 ildir, vaqonda yaşayır

12-04-2021, 20:37           
Mingəçevir və Ağdam rəhbərliyindən RƏZALƏT: - Şəhid ailəsi 21 ildir, vaqonda yaşayır
Dözülməz şəraitdə yaşayan şəhid Əzim Fikrət oğlu Həsənovun ailəsi Mingəçevir və Ağdam rayon rəhbərliyi tərəfindən taleyin ümidinə buraxılıb.

Yenicag.az xəbər verir ki, jurnalist Kamil Həmidov Mingəçevir ərazisindəki “QRES” adlanan ərazidə vaqonda yaşayan şəhid ailəsinin ağır vəziyyətini əks etdirən görüntüləri ictimailəşdirib.

Jurnalistin sözlərinə görə, Ağdam rayonundan məcburi mköçkün olan ailə 1999-cu ildən etibarən, həmin ərazidə quraşdırılmış vaqonda, çox dözülməz şəraitdə yaşayır.

Hiddət doğuran məqam bundan ibarətdir ki, şəhid ailəsinə yardım məsələsində həm Mingəçevir, həm də Ağdam rəhbərliyi yaxalarını kənara çəkərək, onlara heç bir kömək göstərmir.

Qeyd edək ki, ali təhsilli şəhid Əzim Həsənovun valideynlərinin səhhətində ciddi problemlər var, bacısı isə Bakı Dövlət Universitetinin (BDU) tələbəsidir.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru