İnam Kərimovla bağlı SENSASİON AÇIQLAMA

13-04-2021, 08:47           
İnam Kərimovla bağlı SENSASİON AÇIQLAMA
Ümid Partiyasının sədri İqbal Ağazadə Kənd Təsərrüfatı naziri İnam Kərimovla bağlı sensasion açıqlama verib.
Pravda.az-ın xəbərinə görə, İ.Ağazadə deyib ki, kənd təsərrüfatı sahəsində qanunsuzluqlar baş verir:


İqbal Ağazadə

"Bir müddət öncə də ən müasir, innovativ nazir hesab olunan İnam Kərimovun fəaliyyətinə münasibət bildirmişdim... Bazarda 2 400 manata satılan inəyi innovativ və müasir nazir 6 750 manata rəsmiləşdirir. Qoyunun bazar qiyməti 320 manat olduğu halda, 720 manata rəsmiləşdirilir. Gübrənin 50 kiloluq kisəsi 18-20 manatdır. Amma nazirlik sənəddə 48 manata qeyd edir. Nazirlik dövlətin güzəştini də mənimsəyir. Məsələ ilə bağlı Baş Prokurorluq məşğul olmalıdır".

Nazirliyin mövqeyini dərc etməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru