Azərbaycanda oğul evi satıb, gözləri görməyən atasını küçəyə atıb - FOTO

15-04-2021, 00:10           
Azərbaycanda oğul evi satıb, gözləri görməyən atasını küçəyə atıb - FOTO
Azərbaycanda oğul evi satıb, atasını küçəyə atıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə profilində məlumat paylaşıb.
M.Zeynalovanın sözlərinə görə, sədri olduğu ictimai birlik qadın və uşaq sığınacağı olduğu üçün kişini qəbul edə bilmirlər: “Ağsaqqalı kimsə qapıya qoyub, gedib. Kişinin gözləri görmür. Hazırda kişini hər hansı bir quruma yerləşdirmək üçün çalışsaq da, bir yerə yerləşdirə bilməmişik”.
M.Zeynalova qeyd edib ki, sözügedən şəxsin gözləri görmür, oğlu evi satıb, atasını kirayə evə yerləşdirib: “Oğlu daha sonra isə yoxa çıxıb. Aylardır kirayə pulu ödənmədiyi üçün də kişini ev sahibi evdən çıxarıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xahiş edirik kişini yerləşdirmək üçün köməklik göstərsinlər”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru