XƏBƏRDARLIQ: Marketdən evinizə gətirdiyiniz "ölüm yağı" - XƏRÇƏNG YARADIR

15-05-2021, 00:07           
XƏBƏRDARLIQ: Marketdən evinizə gətirdiyiniz "ölüm yağı" -
Yağlardan istifadə zamanı nəyə diqqət etmək lazımdır?

“Yeni Gündəm” bildirir ki, qida rasionunda yağların düzgün və yaxşı mənimsənilməsi üçün ümumi yağın 70%-i heyvan, 30%-i isə bitki yağı olmalıdır. Yağların isti emal zamanı qidalıq dəyərlərinin dəyişilməsi temperaturdan və isti emalın davametmə müddətindən asılıdır. Bunlar artıq olduqda, bioloji aktiv maddələrin artmasına səbəb olur.

200°C-dən yuxarı temperaturada qızdırdıqda və dəfələrlə istifadə edildikdə, yağlar kanserogen olur və bəd şişlər əmələgətirmə qabiliyyətinə malik olur. 20-30 q bitki yağı, insan orqanizminin doymamış yağ turşusuna olan gündəlik tələbatını ödəyir. Onların çatışmaması orqanizmin inkişafını zəiflədir və sağlamlığa mənfı təsir göstərir. Onların qida rasionunda gündəlik norması sutkada tələb olunan kaloriliyin 1%-ni, yaxud 7-8 qram təşkil edir.

Hansı yağı seçmək lazımdır?

Bu gün bazarlarda “bitki yağı” adı altında tərkibində palma yağı və palma qozu yağı olan ərzaq məhsulları kifayət qədərdir. Bir çox Avropa ölkələrində qadağan olunmasına baxmayaraq, ucuz olması səbəbindən dünyanın bir çox ölkəsində həmin yağ qida məhsulları və kosmetika sənayesində də tətbiq edilir. Palma yağı otaq temperaturunda bərkiyir və digər yağlarla yaxşı qarışır. O, günəbaxan yağı kimi yüksək temperaturda xarab olmur.

Digər bitki yağları ilə müqayisədə palma yağının tərkibində doymuş yağların miqdarı xeyli yüksəkdir – tərkibində doymuş yağların faizi nə qədər yüksək olarsa, bitki yağı o qədər daha az zərərli sayılır.

İstehlakçıları palma yağının zərərsizliyinə və ya hətta xeyirli olduğuna inandırmağa çalışsalar da, aparılmış araşdırmalar nəticəsində dünyanın 23 ölkəsində palma yağı istehlakının artması ilə işemik ürək xəstəliklərinin artması arasında əlaqənin olduğunu müəyyən ediblər. Həkimlər eləcə də şübhə etmirlər ki, palma yağı ateroskleroz əmələ gətirən qandakı “pis xolesterini” artırır.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.