Bakıda çimərliyi insanların üzünə bağladılar – FOTO

16-06-2021, 22:16           
Bakıda çimərliyi insanların üzünə bağladılar – FOTO
Bakı çimərliyi açılar-açılmaz vətəndaşlar üçün müəyyən problemlər yaranıb.
Sosial şəbəkələrdə yazılanlara görə, Bilgəh qəsəbəsində “Daçnikov” çimərliyinə gedən giriş vətəndaşlar üçün hasarlanıb.

Belə ki, çimərliyə giriş yol dəmir arakəsmə ilə bağlanıb. Bu da haqlı olaraq vətəndaşların narazılığına səbəb olub.

Məsələyə aydınlıq gətirmək üçün Sabunçu rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

Qurumdan BAKU.WS-ə verilən məlumata görə, bu məsələ araşdırılacaq. Araşdırma aparılandan sonra ətraflı məlumat veriləcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.