"Dəhşət istilərdə əhaliyə cəhənnəm yaradanlar mütləq cəzalanmalıdır" - "Azərişıq" sərt tənqid olundu

27-06-2021, 15:23           
"Dəhşət istilərdə əhaliyə cəhənnəm yaradanlar mütləq cəzalanmalıdır" - "Azərişıq" sərt tənqid olundu
Mən hər kəsi Suraxanı işıq idarəsinin, Bakı işıq idarəsinin rəhbərlərinin işdən azad edilənə və əhaliyə vurduqları zərəri tam ödətdirənə qədər mübarizə etməyə çağırıram.
Dünən axşam saat 9-dan indi saat 10-dur ki, yənı 13 saatdır Hövsan qəsəbəsinin Kondinsioner bağlarına işıq verilmir.

Heç bir telefona, qəza xidmətinə və s. zəng etməyin mənası yoxdur.

Soyuduculardakı ərzaqlar məhv oldu, hamama , tualetə motor su vurmur, ağacları sulamaq mümkün deyil, internet, TV işləmır. Kondinsionerlər işləmır. Urək xəstələri , yaşlılar, balacalar lap pis vəziyyətdədirlər.

Bu dəhşət istilərdə əhaliyə cəhənnəm yaradanlar mütləq cəzalanmalıdır.

Milyonlar qazanıb kefdə olanlar yüz bəhanə gətirəcəklər.

Cəzasızlıq şəraitində xalqı talayan, milləti zəlıl eləyənləri zəlil etmək lazımdır!

1 Vicdanlı hüquqşunaslar bu işi ələ alsınlar
2. Hər bir zərər çəkən səsini qaldırsən yazsın!
3. Bu idarənın rəhbərinin ailəsini , özünü tanıyanlar onlar haqqında yazsınlar ki hər kəs onları görəndə yanlarından salam əvəzinə tüpürüb kecsin
4 bu postu bölüşün və bu məxluqlara qarşı mübarizə metodlarını təklif edin.
5. Tanıyan varsa bu ərazidən seçilmiş deputatı da bu işə qoşun!


Tahir Əmiraslanov

Azərbaycanın Milli Kulinariya Mərkəzinin prezidenti,
Əməkdar mədəniyyət işçisi












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.