MN-nin Kadrlar Baş idarəsinin rəisi, general-mayor Elçin Xəlilov özünə və tabeliyində olduğu MN Kadrlar baş idarəsinin Təltiflər Şöbəsinin rəisi Günel Abbasovaya medal verdirib...

1-07-2021, 00:00           
MN-nin Kadrlar Baş idarəsinin rəisi, general-mayor Elçin Xəlilov özünə və tabeliyində olduğu MN Kadrlar baş idarəsinin Təltiflər Şöbəsinin rəisi Günel Abbasovaya medal verdirib...
Teref.az yazır ki, siayasi fəal Həbib Müntəzir öz sosial şəbəkə profilində yazır:
Müdafiə Nazirliyinin Kadrlar Baş idarəsinin rəisi, general-mayor Elçin Xəlilov həm özünə, həm öz tabeliyində olduğu Müdafiə Nazirliyi Kadrlar baş idarəsinin Təltiflər Şöbəsinin rəisi Günel Abbasovaya medal verdirib.
İlham Əliyevin sərəncamı ilə polkovnik-leytenant Günel Abbasova ikinci Qarabağ müharibəsindən sonra, Bakıda otura-otura “Vətən uğrunda” medalı ilə təltif edillib.
Döyüşdə can qoyan, qazi olan, yaralanan hərbçilər isə bu gün, dünən nazirliyin qabağına gəlib, haqlarını tələb edirlər, hələ bir qınanırlar da ki, "modolo goro doyoşmosoz?!" Medal məsələsi deyil, haqq, ədalət məsələsidir. Kimsə kiminləsə yaxındır, münasibəti var deyə medallar alır, amma əziyyət çəkənlər kənarda qalır, ədalətsizlikdir.
Həbib Müntəzir

Adları çəkilən şəxs və qurumların irəli sürülən iddialarla bağlı mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.