"Bakı Zooparkı" heyvanlar üçün əti neçəyə alır? - QİYMƏT

10-07-2021, 00:02           
"Bakı Zooparkı" heyvanlar üçün əti neçəyə alır? - QİYMƏT
Bakı şəhər Heyvanat Parkı ("Bakı Zooparkı") tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.


Pravda.az açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, tender müsabiqəsinin qalibi “Səhliyalı” Kiçik Müəssisəsi olub.


"Bakı Zooparkı" “Səhliyalı” şirkətindən heyvanların yemlənməsi üçün lazım olan 3-cü növ qida rasionuna uyğun yemləri satın alacaq. Alınacaq yemlərin qarşılığında “Səhliyalı” şirkətinə 299 min 520 manat ödəniləcək.


“Səhliyalı” şirkəti "Bakı Zooparkı"ndan aldığı 299,5 min manat qarşılığında aşağıdakı məhsulları təqdim edəcək:


Açıqlanan məlumatlardan da göründüyü kimi, "Bakı Zooparkı" ümumilikdə 45 min 362 kiloqram mal və toyuq əti, həmçinin onların içalatını satın alacaq. Alınacaq yemlərin 1 kiloqramının orta qiyməti 6,6 manat olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru