Müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların övladları ilə bağlı qərar

13-07-2021, 20:13           
Müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların övladları ilə bağlı qərar
Prezident İlham Əliyev “Hərbi qulluqçuların statusu haqqında” qanuna təklif edilən dəyişiklikləri təsdiqləyib.

Teref.az-ın məlumatına görə, qanuna əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına “Sosial müavinətlər haqqında” qanuna uyğun olaraq aylıq müavinət ödəniləcək.

Əvvəllər müddətli xidmət hərbi qulluqçularının, hərbi təhsil müəssisələri kursantlarının (müddətli xidmət hərbi qulluqçuları və mülki gənclər sırasından) uşaqlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə pul müavinəti ödənilirdi.

Qeyd edək ki, şəxs müddətli həqiqi hərbi xidmətdə olduğu müddətdə hər övladına aylıq 100 manat məbləğində sosial müavinət ödənəcək. (APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru