“Ankara” liseyinin direktoru valideynlər üçün TAS QOYUB... - NARAZILIQ!

14-07-2021, 00:02           
“Ankara” liseyinin direktoru valideynlər üçün TAS QOYUB... - NARAZILIQ!
Təhsil Nazirliyinin imtahanınan keçən şagirdləri “Ankara” liseyinə qəbul etmirlər. TİA.Az-ın məlumatına görə, liseyin direktoru Səmayə Eynullayeva nazirliyin qərarlarını tanımadan təhsil ocağında bazar açıb.

İddialara görə, şagirdləri müxtəlif bəhanələrlə və süni manelərlə imtahandan sonra qəbul etməyən “Ankara”nın direktoru valideynlər üçün “tas” qoyub. Demə, burada rus sektoruna qəbul üçün 4-5 min manat, ana dilində tədris üçün 3-4 min manatından keçməlisən.

S.Eynullayeva “Ankara” liseyində elə bir absurd mühit yaradıb, elə bir cəngəllik qanunları tətbiq edib ki, təhsil naziri Emin Əmrullayevi belə saymır.
Məlumatda deyilir ki, şagirdləri çox səviyyəsiz, absurd suallarla yorur, cavab vermə bilmədiyini bəhanə edərək kəsirlər. Məsələn, “Niyə Marsın rəngi qırmızıdır” deyə şagirddən soruşublar.Buna cavab verə bilməyəcəyinə əmin olan lisey rəhbərliyi pul qoparmaq üçün zəmin yaradır. Başqa bir sualda isə soruşulur ki, “Riyaziyyat elmi digər elmlərdən nə ilə fərqlənir?”
Təbii ki, bu suallar 1-ci sinfə qəbul üçün verimiş suallar yox, məhz kəsilmək üçün nəzərdə tutulan suallardır.
Valideynlərin sözlərinə görə, Təhsil Nazirliyinin imtahanından əla nəticə verən uşaqlar məhz “Ankara”nın direktoru S.Eynullayevanın “imtahanın”dan keçə bilmirlər. Mövzunu diqqətdə saxlayacağıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru